Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AMİP və KXCP mitinqə çıxmayacaq

İctimai Palataya (İP) daxil olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İP-in iyunun 19-da keçirilən aksiyasında iştirak etməyəcək. 

Bu barədə APA-ya partiyanın Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib. O, buna səbəb kimi aksiyanın razılaşdırılmamış olmamasını göstərib: “İctimai Palatanın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi məktuba KXCP-nin də nümayəndəsi imza atıb. Əgər aksiya razılaşdırılmış olsaydı, qatılacaqdıq. Lakin əvvəlcədən bildirdiyimiz kimi, aksiya razılaşdırılmamış olduğuna görə iştirak etməyəcəyik. Hazırda KXCP qurultaya hazırlaşır”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) da İP-in 19 iyun aksiyasına qatılmayacaq. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya açıqlamasında bunu AMİP-in bir müddət əvvəl İP-də fəaliyyətini dondurması ilə izah edib. Bununla belə, o, İP üzvü olan AMİP-çilərdən bəzilərinin, o cümlədən özünün də 19 iyun aksiyasına qatılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, hər iki partiya – KXCP və AMİP üzvlərinə 19 iyun aksiyasında iştirakla bağlı sərbəstlik verib.

İP Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməsi barədə müraciət etsə də, BŞİH buna razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. İP-in Koordinasiya Şurası isə iyunun 19-u, saat 17.00-dan 19.00-dən “Nərimanov” kinoteatrının qarşısındakı meydanda razılaşdırılmamış aksiya keçirmək barədə qərar qəbul edib.


Ramil






17 İyun, 2011  16:54 Baxılıb: 1088 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner