Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSPANİYANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA GƏLİR

İspaniyanın xarici işlər naziri xanım Trinidad Ximenezin ilin sonuna kimi Azərbaycana rəsmi səfəri gözlənilir

Azərbaycan XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində İspaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez ilə görüşüb.

Görüşdə nazir Məmmədyarov xanım Ximenezi rəsmi səfər ilə Azərbaycana dəvət edib, xanım Ximenez dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini və cari ilin sonunadək səfər edəcəyini bildirib.

Məmmədyarov İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkür edib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Xanım Ximenez öz növbəsində İspaniya şirkətlərinin enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığa gəliblər.

Daha sonra Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib.

Görüşdə son zamanlar Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra "Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik olan şəxslərin qısamüddətli vizadan azad edilməsi" haqqında saziş imzalanıb.

Məmmədyarov səfər çərçivəsində İspaniya Deputatlar Konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran ye Lleida və komissiyanın üzvləri ilə görüşüb. Nazir Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində qazandığı nailiyyətlər, apardığı müstəqil siyasət barədə geniş məlumat verib. İspaniya ilə ikitərəfli münasibətlərə toxunan Məmmədyarov bu ölkə ilə əməkdaşlığın geniş potensialı olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən deputatlardan bir neçəsi NATO Parlament Assambleyasının üzvləri qismində Azərbaycana səfər etdiklərini və Azərbaycanın yüksək templə inkişaf etdiyinin şahidi olduqlarını qeyd ediblər. İştirakçılar Azərbaycanla yalnız enerji sahəsində deyil, digər sahələr üzrə də əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Daha sonra Məmmədyarov deputatları maraqlandıran sualları cavablandırıb, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə geniş məlumat verib.






17 İyun, 2011  15:16 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner