Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah 36 dərəcə isti olacaq

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.






8 İyul, 2021  14:59 Baxılıb: 3877 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner