Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov İspaniyada

İyunun 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İspaniya Krallığına rəsmi səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İspaniyanın aparıcı qəzetlərindən olan “El Mundo”-ya Azərbaycanla İspaniya arasında mövcud əlaqələr və onların inkişaf perspektivləri barədə müsahibə ilə başlayan səfər Azərbaycan müstəqilliyini etdikdən sonra iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir.

E. Məmmədyarov iyunun 16-da İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə Dövlət Katibi Alfredo Bonet ilə görüşüb. Görüşdə ölkələr arasında əlaqələrin cari vəziyyəti, onların inkişaf etdirilməsi və yeni mərhələyə çıxarılması perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın incəlikləri və Azərbaycanda İspaniya səfirliyinin açılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Azərbaycanın son illərdəki iqtisadi artımı və əldə olunan nailiyyətləri, neft və qaz siyasəti, o cümlədən ixrac həcmləri və bu sahənin şəffaflığı, neftdən gələn gəlirlərin paylaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyası prosesi, respublikada həyata keçirilən iri layihələr və təşəbbüslər barədə qarşı tərəfə məlumat verib.

Öz növbəsində İspaniyanın iqtisadi xarici siyasəti, əsas ticarət tərəfdaşları barədə məlumat verən, Latın Amerikasında sərmayələrin yatırılması üzrə ABŞ-dan sonra İspaniyanın ikinci yerdə olduğunu, eyni zamanda beynəlxalq bazarlara çıxmaq prosesinin gecikdirdiklərini bildirən A.Bonet Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd edib.

Görüşü yekunlaşdıran E. Məmmədyarov iki ölkə arasında biznes forumunun təşkil olunmasının vacibliyini, forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini, bu tədbirə önəm verilməsi üçün İspaniyanın yüksək vəzifəli rəsmisinin forum iştirakçıları ilə birlikdə Azərbaycana səfər etməsinin vacibliyini xüsusi vurğulayaraq, həmin səfər zamanı iki ölkə arasında iqtisadi sahədə müvafiq hüquqi sənədlərin imzalanması mümkünlüyünü bildirib.

Görüşdə iştirak edən İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin Baş Menecerinin müavini, İspaniya XİN və “Tecnicas Reunidas” şirkətinin nümayəndələri forumun keçirilməsin vacibliyini dəstəkləyərək bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduqlarını qeyd ediblər.






16 İyun, 2011  18:55 Baxılıb: 1153 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner