Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PƏNAH HÜSEYN, İXTİYAR ŞİRİN, FƏHMİN HACIYEV...

Əli Ömərov məhkəmələr qapısında

Sabiq baş prokuror Əli Ömərovun Simsar.az saytına, o cümlədən digər mətbu orqanlara verdiyi müsahibə yeni səs-küylər yaratmaqda davam edir. Ə.Ömərovu keçmiş baş nazir Pənah Hüseynin və keçmiş baş prokuror İxtiyar Şirinin ardınca, Daxili Qoşunların keçmiş baş komandanı Fəhmin Hacıyev də məhkəməyə verməyə hazırlaşır.  

Ə.Ömərov “Yeni Müsavat” qəzetinə müsahibəsində F.Hacıyevin 4 iyun hadisələri ərəfəsində Gəncəni bombalamaq əmri verdiyini iddia edib.

F.Hacıyev qəzetə açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını deyib.

Gəncəyə qoşun yeridilməsi barədə heç bir əmr vermədiyini deyən F.Hacıyev qeyd edib ki, o, S.Hüsenova qarşı əməliyyat keçirilməsinin tərəfdarı olub: “Bakıda - Prezident Aparatında keçirilən müşavirədə mən çıxış edib demişəm ki, Surət Hüseynovun rəhbərlik etdiyi qiyamçı dəstənin Gəncədə törətdiyi cinayətlərin sayı-hesabı yoxdur, bunun ardınca isə dövlət çevrilişi həyata keçirilməsi planlaşdırılır. Ona görə də mən demişdim ki, qərar verək, Gəncədə Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissənin ətrafındakı əhali Yeni Gəncə deyilən əraziyə evakuasiya edilsin və o hərbi hissə üzərində əməliyyat keçirilsin. Söhbət yalnız dövlətə qarşı çıxmış, Əli Ömərovun da üzvü olduğu qiyamçı qrupun idarə etdiyi hərbi bazanın zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatdan gedirdi. Əhaliyə qarşı hər hansı bir tədbir planlaşdırılmayıb. Planlaşdırıla da bilməzdi. Əli Ömərovun bu haqda iddiası ağ yalandır. Mən bu iddiaları ilə bağlı onu diskussiyaya dəvət edirəm. Ayın sonlarında Bakıda olacam, bu zaman onunla müzakirəyə hazıram”.

F.Hacıyev Ə. Ömərovu məhkəməyə verəcəyini də bildirib.






16 İyun, 2011  16:40 Baxılıb: 1598 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner