Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“EUROVİSİON-2012”-NİN SEÇİM PROSESİ SENTYABRDA BAŞLAYACAQ

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012”-də iştirakçı ölkələrin tam sayı yanvarın ortalarına kimi məlum olacaq

Hər il olduğu kimi, bu il də göstərilən tarixə kimi ölkələr iştiraklarını Avropa Yayım Birliyinə təqdim etməlidirlər. Artıq 11 ölkə növbəti ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 57-ci “Eurovision” müsabiqəsində iştirak edəcəyi ilə bağlı ilkin istəyini açıqlayıb. Bu ölkələr Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İsveç, Macarıstan, Niderland və Slovakiyadır. Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” yarışmasında 43 ölkə iştirak edib. 

Azərbaycanın “Eurovision-2012” təmsilçisinin seçilməsi prosesinə isə bu ilin sentyabrından başlanması nəzərdə tutulur. Seçimlərin hansı formada aparılacağı hələ dəqiq müəyyənləşməyib. Azərbaycan təmsilçisinin kimliyinin yanvarın sonlarında məlum olacağı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan builki yarışmanın qalibi olduğu üçün növbəti il birbaşa finalda çıxış etmək şansı qazanıb. Təmsilçimiz mayın 26-da keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” müsabiqəsinin finalında çıxış edəcək.






15 İyun, 2011  00:44 Baxılıb: 1308 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner