Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

KEÇMİŞ BAŞ NAZİR QORXUTDU, KEÇMİŞ PROKUROR QORXMADI

Pənah Hüseyn: Ya debatda dediklərini sübut etsin, ya təkzib versin, ya da onu məhkəməyə verəcəm”

Əli Ömərov: “Mən arxivləri qaldırıb Pənah Hüseynin həmin ifadəni birbaşa televiziya vasitəsi ilə dediyini sübut edəcəm”


Sabiq baş prokuror Əli Ömərov 1993-cü il 4 iyun Gəncə qiyamı ilə bağlı Simsar.az saytına müsahibəsində AXC hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirib. 

O, deyib ki, Gəncə camaatı AXCP hakimiyyətinin şəhərdə planlaşdırdıqları hərbi əməliyyatlara qarşı üsyana qalxmışdı.

Ə.Ömərov eyni fikirləri “Yeni Müsavat” qəzetinin bugünkü sayında da təkrar edib. Onun təkrar açıqlaması AXC hakimiyyətinin baş nazir olmuş Pənah Hüseynin etirazına səbəb olub.

P.Hüseyn qəzetin redaksiyasına zəng edərək Ə. Ömərovu debata çağırdığını deyib:

“Ya o, debatda dediklərini sübut etsin, ya da edə bilmirsə, təkzib versin. Polemikaya gəlmirsə, mən onu məhkəməyə verəcəyəm. Təbii olaraq bu zaman “Yeni Müsavat” qəzeti və yazının müəllifi də məhkəməyə verilməlidir”.

Ə.Ömərov isə debata heç bir ehtiyac olmadığını bildirib: “Debata nə ehtiyac var ki? Mən hüquqi baxımdan öz fikirlərimi demişəm və bildiklərimi söyləmişəm, üstündə də dururam. Pənah bəy məhkəməyə verirsə, versin, mən arxivləri qaldırıb onun həmin ifadəni birbaşa televiziya vasitəsi ilə dediyini sübut edəcəm”.


P.Hüseyn isə hesab edir ki, Ə.Ömərov yalan danışır: “Hesab edirəm ki, həmin hadisələr haqqında materiallar, həqiqət, hüquqi sənədlər, dəlillər açıq-aşkar ortada olduqdan sonra guya o vaxt hökumətin Gəncə əhalisinə qarşı, Gəncəni dağıtmaq məqsədi ilə əməliyyat hazırladığını iddia etmək vicdansızlıqdır. Kim bilə-bilə, hadisələrin mahiyyətini bildiyi halda qəsdən bu şəkildə iddia edirsə, o adam yalançı və şərəfsizdir. Bu barədə məsələyə aydınlıq gətirməsi üçün mənim polemika təklifimdən qaçmaq qarşı tərəfin yalançılığını etiraf etməsidir. Buna baxmayaraq, mən həmin məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm. Məhkəmə qaydasında bu müsahibədəki böhtan xarakterli, yalan məlumatların, o cümlədən konkret mənim haqqımda deyilən məlumatların həqiqətə uyğun olmadığını, eyni zamanda Əli Ömərovun bu məsələlərdə yalançı olduğunu sübut edəcəm”.


Ramil






14 İyun, 2011  18:59 Baxılıb: 1175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner