Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təbii fəlakət İsmayıllını bərbad günə qoydu

İsmayıllı rayonuna yağan güclü leysan və dağlardan gələn sel suları 15 kənddə həyatı iflic edib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov APA-nın Şirvan bürosuna bildirib ki, iyunun 13-ü axşam saatlarından başlayaraq bu gün səhərədək İsmayıllı rayonunun dağlıq və dağətəyi ərazilərində yağan güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları rayonun cənubundakı Qarakollu, Aşıqbayramlı, Kürdmaşı, Şükürçü, Yenikənd, Kəlbənd, Girk, Balik, Enişdibi, Talış və şimalındakı Cülyan, Talıstan, Tircan, Macaxı, Diyallı kəndlərində həyətyanı sahələri sel basıb, 20-yə yaxın evə su dolub, hasarlar, yollar, 10-a yaxın piyada və avtomobil körpüsü dağılıb. İsmayıllı-Macaxı yolu dağılaraq bağlanıb. 


Elektrik və rabitə dirəklərinin aşması nəticəsində hazırda kəndlər işıq və telefonsuz qalıb. Rayonun cənubundakı kəndlərin magistral və daxili qaz, içməli su xətlərini sel aparıb. Süni göllər dolaraq daşıb, əkin sahələrini sel basıb.


Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yağış və seldən ziyan çəkmiş kəndlərdə vətəndaşların müraciətlərinə baxırlar. Ərazilərə ağır texnikalar cəlb edilib.






14 İyun, 2011  15:16 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner