Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səttar Mehbalıyev İsveçrədən qayıdıb

Beynəlxalq Əmək Konfransının 100-cü yubleyində «Layiqli əmək vasitəsilə gələcəyin qurulması» mövzusu müzakirə olunub

2011-ci il iyunun 1-dən 17-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının «Layiqli əmək vasitəsilə gələcəyin qurulması» mövzusunda 100-cü yubiley sessiyası keçirilib. 

Beynəlxalq Əmək Təşkilatına üzv dövlətlərin üçtərəfli şəkildə iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin məşğulluqla bağlı ayrı-seçkiliyin aradan qaldırılması mövzusunu ehtiva edən əmək sahəsində fundamental prinsip və hüquqlar üzrə qlobal məruzələrin dinlənilməsi, evdə işləyən işçilər üçün layiqli əməyin təminatı və s. kimi məsələlər daxil edilib.

Konfransda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun məruzəsinə münasibətini bildirib. Sədr qeyd edib ki, Azərbaycanda bütün vətəndaşlar üçün ayrı-seçkiliyin aradan qaldırılması prinsipinin tətbiq edilməsinə yol açan müvafiq siyasət, qanunvericilik bazası və mexanizmlər mövcuddur.

AHİK nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində keçirilən müxtəlif komissiyaların iclaslarında iştirak ediblər.

ANAR






13 İyun, 2011  21:04 Baxılıb: 1251 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner