Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsveçli nazirin Azərbaycan mədəniyyətinə verdiyi qiymət

“Bu gün Azərbaycan Avropanın mədəniyyət liqasının zirvəsindədir"

Bu gün Xarici işlər Nazirliyində (XİN) Azərbaycan və İsveçin xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib. 

Simsar.az-ın məlumatına görə, konfransda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isveçli həmkarı Karl Bildt ilə təkbətək və geniştərkibli görüş keçirdiyini bildirib. Məmmədyarov həmkarına Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü barədə məlumat verdiyini bildirib. O danışıqlar prosesini və Azərbaycanın mövqeyini Bildtin diqqətinə çatdırdığını vurğulayıb. Nazir İsveçin Azərbaycan iqtisadiyyatına və daxili bazarına maraq göstərdiyini qeyd edib. Elmar Məmmədyarov bu gün Gürcüstana səfər edəcəyini də bildirib.

İsveçin xarici işlər naziri Karl Bildt isə qeyd edib ki, əslində bir ay əvvəl gəlmək istəsə də, Liviyada olan hadisələrə görə planlarını dəyişdirib. Azərbaycanı “Eurovision-2011” qələbəsinə görə təbrik edən nazir deyib: “Hesab edirəm ki, bu gün Azərbaycan Avropanın mədəniyyət liqasının zirvəsindədir. Bu da təqdirəlayiq haldır”. Onun sözlərinə görə, gələn il Avropanın diqqəti Azərbaycanda olacaq. Bunu Azərbaycan üçün böyük şans olduğunu söyləyən nazir bildirib ki, Azərbaycanın öz mədəniyyətini 100 minlərlə insana təbliğ etmək imkanı var. O, Azərbaycanın bunun öhdəsindən gələ biləcəyini vurğulayıb. Nazir həmçinin Azərbaycanla İsveç arasında yüksək səviyyədə siyasi dialoqun olduğunu qeyd edib. Bildt ticarət və sərmayə mühitinin yaxşılaşdırılmasının da əsas müzakirə mövzusu olduğunu söyləyib.






13 İyun, 2011  18:44 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner