Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yunis Səfərovun məhkəməsində: “Kəsin onun səsini!...”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə təqsirləndirilən Yunis Səfərov hüquqlarının pozulduğunu iddia edir. O, həbsdə olduğu ilyarımda ailə üzvləriylə nə görüşə, nə də telefonla danışa bildiyini deyib. Ünsiyyət imkanları məhdudlaşdırıldığına görə müdafiəsini də qura bilmir. O, bütün bunları yanvarın 16-da öz məhkəməsində dilə gətirib.

Y.Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir. Hakim Natiq Əliyev Y.Səfərovun şikayətinə cavab olaraq deyib ki, istintaq təcridxanasında saxlanılan şəxsin hüquq və vəzifələri Penitensiar Xidmətə aid məsələdir: «Biz bu məsələyə qarışa bilmərik. Amma siz bizə bu haqda ərizə versəniz, Penitensiar Xidmətə sorğu göndərib maraqlanarıq».

Y.Səfərov dövlət hesabına vəkildən imtina edərək, hüquqlarını Elçin Sadıqovun müdafiə etməsini istəsə də, məhkəmə həmin vəkili onun müdafiəsinə buraxmayıb. Yunisin yaxınlarının onunla müqavilə bağlayıb, müdafiəçisi olmasını istədiklərini məhkəməyə söyləyən vəkil Bəxtiyar Hacıyev müdafiə prosesinə buraxılıb. Yunisin dövlət hesabına vəkili də prosesdən uzaqlaşmaq istədiyini söyləyib: «Bir halda ki, təqsirləndirilən şəxs mənə etimad göstərmir, hüquqi yardımımı istəmir, bu işdə qalmağımın anlamı yoxdur».

Təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Firudin Zeynalov da dövlət hesabına vəkillərindən imtina etsələr də, Natiq Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası onların imtinasını qəbul etməyib.

Y.Səfərov məhkəməsində videoçəkilişə icazə verilməsini də istəyib: «Bu, xalqı maraqlandıran məhkəmə prosesidir. Belə hadisələr 20-30 ildə bir dəfə olur. İnsanlar bilməlidir ki, vətəndaş məmura niyə xəsarət yetirdi, onu niyə öldürmək istədi. Bu, fövqəladə haldır...»

Hakim N.Əliyev ona çıxışını davam etdirməyə imkan verməyib. O, «kəsin onun səsini!» – deyərək, Y.Səfərov da daxil, digər təqsirləndirilən şəxslərin olduğu kabinədəki mikrofonun söndürülməsinə göstəriş verib. Videoçəkiliş istəyi də təmin olunmayıb.

Məhkəmə prosesinin audio və videoyazıyla aparılmasını vəkillər də istəyiblər. Onlar öz istəklərini əvvəlki məhkəmə təcrübələrində protokollardakı ifadələrin təhrif olunmasıyla əsaslandırıblar. Audio və videoyazı, zəruri hallarda, məhkəmədə deyilənlərlə yazılanları müqayisə etməyə imlan verir.

Məhkəmə audio və videoyazı ilə bağlı vəkillərin vəsatətini təmin etməyib. Vəkillər də hakimlərin davranışına etirazlarını bildirərək, bunu yazılı şəklə salmaqdan ötrü vaxt istəyiblər. Hakimlər məhkəməni bir ay - fevralın 17-dək ertələməyə qərar veriblər.

Xatırladaq ki, ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.  /Azpolitika.info

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.//yenisabah.az






17 Yanvar, 2020  10:14 Baxılıb: 974 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner