Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deportasiya Qurbanları Cəmiyyəti tədbir keçirdi - FOTO

Bu gün Bakıda Deportasiya Qurbanları Cəmiyyəti təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı  tədbir keçirilib. Simsar.az xəbər verir ki, tədbirdə əslən Qərbi Azərbaycandan olan bir çox ziyalılar, görkəmli ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Deportasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıbəyli bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Köçəri Nağıbəyli əlavə edib ki, xalqımızın bu gözəl günü erməni tapdağında olan Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və digər işğal olunmuş torpaqlarda qeyd etməsini arzulayır.

Daha sonra çıxış edən tibb elmlər doktoru, professor Eldar Abbasov, keçmiş təhsil naziri,  professor Firudin Cəlilov, keçmiş baş prokuror, general Əli Ömərov, Xalq şairi Vahid Əziz, görkəmli oftalmoloq, professor Paşa Qəlbinur, araşdırmaçı alim Ramiz Əsgər və digərləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən mühüm bayramlardan biri hesab etdiklərini deyib, bu günü əhəmiyyətindən danışıblar. Onlar qeyd ediblər ki, əsas hədəfimiz erməni daşnaqları tərəfindən deportasiyaya məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycandakı dədə-baba torpaqlarına qayıtması, işğal altındakı Qarabağ torpaqlarının azad edilməsi olmalıdır. Bu yolda xalqımız birlik və bərabərlik nümayiş etdirməlidir.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Vətənpərvərlik mahnıları səsləndirilib, şeirlər söylənilib.

 






25 Dekabr, 2019  10:44 Baxılıb: 1094 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner