Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AQTA xəbərdarlıq etdi - BU QİDA ƏLAVƏSİNİ ALMAYIN!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (bundan sonra - BFMQƏ) ölkəyə idxalı ilə əlaqədar sentyabrın 9-da daxil olan müraciət əsasında həmin məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən virtualaz.org-a verilən məlumata görə, sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.

Lakin noyabrın 19-da “Foden” nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə əlaqədar agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin “İstifadə qaydası və dozası” bəndində “14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə” ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında “0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı” ifadəsi əks olunub. Eləcə də “Əks göstərişlər” bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na əsasən isə həmin məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqların istifadə etməsinə icazə verilir.

BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyi nəzərə alınaraq Türkiyənin “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkəti tərəfindən istehsal olunan və “İnvest-Plus” MMC şirkəti tərəfindən idxal olunan “Foden” əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “İnvest – Plus” Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət ünvanlanıb. Həmçinin “Lisenziyalar və icazələr haqqında” qanunun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilib.

Əlavə olaraq bildirilir ki, belə məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə əlaqədar şübhəli hallarda agentliyə məlumat verməlidirlər.






16 Dekabr, 2019  12:39 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner