Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov Berlində

Prezident Administrasiyasının şöbəsinin müdiri Almaniyaya  Azərbaycan haqqında məruzə oxumaq məqsədi ilə gedib

Almaniyanın qabaqcıl universitetlərindən biri olan Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının işi ilə tanış olmaq, eləcə də universitetin tələbələri qarşısında ölkəmiz haqqında məruzə ilə çıxış etmək məqsədi ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov iyunun 8-dən 11-dək Berlində səfərdə olub. Simsar.az xəbər verir ki, Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İyunun 9-da Humboldt Universitetində Almaniya ictimaiyyətinin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşdə Əli Həsənov "Azərbaycanın müasir inkişafı: Mövcud vəziyyət və perspektivlər" mövzusunda geniş məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Professor Əli Həsənov iyunun 10-da Humboldt Universitetində Azərbaycan tarixini öyrənən tələbələr qarşısında "Cənubi Qafqaz, mövcud geosiyasi vəziyyət və Azərbaycan" mövzusunda ikinci məruzə ilə çıxış edib, dinləyiciləri maraqlandıran çoxsaylı suallara cavab verib. Sonra şöbə müdiri Azərbaycan tarixi kafedrasına, universitetin arxivi və kitabxanasına baş çəkmiş, onların fəaliyyəti ilə tanış olub.

Səfər proqramı çərçivəsində Əli Həsənov Berlində Almaniya Bundestaqının üzvü Philipp Misfelder ilə görüşüb, Almaniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf yollarını müzakirə edib. Şöbə müdiri, həmçinin Berlindəki Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinə baş çəkmiş, Mərkəzin fəaliyyəti ilə tanış olub, tövsiyələrini verib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşlərdə iştirak edib.

Şöbə müdiri Əli Həsənov ölkəmizin Almaniyadakı səfirliyində olmuş, səfirliyin kollektivi ilə geniş tərkibdə görüş keçirmiş, Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə görüləcək işlərlə bağlı bir sıra tövsiyələr vermişdir.






11 İyun, 2011  16:22 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner