Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənclər “Şərq Tərəfdaşlığı” ətrafında toplanır

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Gənclər və İdman Nazirliyinin (GİN) maliyyə dəstəyi ilə iyunun 14-də “Şərq Tərəfdaşlığı” Gənclər Forumunu keçirəcək.

GİN mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA-ya bildirib ki, Forumda Avropanın müxtəlif ölkələrindən gənclər təşkilatlarının nümayəndələri və Azərbaycandan müxtəlif gənc və tələbələrin iştirakı nəzərdə tutulur. 

Forumun əsas məqsədi gənclər arasında “Şərq Tərəfdaşlığı” təşəbbüsü ideyasını yaymaq və gəncləri “Şərq Tərəfdaşlığı” təşəbbüsünün həyata keçirilməsinə fəal cəlb etməkdir.

Forumda Gənclər və İdman, Xarici İşlər nazirliklərinin rəsmiləri, millət vəkilləri, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləri, səfirlər, gənclər təşkilatlarının rəhbərləri və Forumun nümayəndələri iştirak edəcəklər.

Forum zamanı Avropa Qonşuluq Siyasətinin qarşıya qoyduğu fəaliyyət planının icrası, boşluqların aradan qaldırılması, effektiv icra mexanizmlərinin hazırlanması və Azərbaycana gətirilməsi, “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrdə mövcud problemlərin və qarşıda duran çağırışların həlli yollarının tapılmasına gənclərin fəal cəlb olunması ətrafında müzakirələrin aparılması və tövsiyə sənədlərinin hazırlanması nəzərdə tutulur.

Forum gənclərin “Şərq Tərəfdaşlığı” Proqramının və Avropa Qonşuluq Siyasəti fəaliyyət planının həyata keçirilməsində fəal iştirakına nail olmağı nəzərdə tutur və Azərbaycanın, o cümlədən “Şərq Tərəfdaşlığı”na daxil olan digər ölkələrin Avropa Birliyinə daha sürətlə inteqrasiya olunması üçün konkret mexanizmlər təklif edir. Bu mexanizmlər əsasən Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması, Avropa Birliyi Gənclər fəaliyyətdə proqramında birbaşa iştiraka dair mexanizmlərin hazırlanması və “Şərq Tərəfdaşlığı” ölkələri üçün xüsusi gənclər proqramının yaradılmasıdır ki, bu da öz növbəsində bu ölkələrdə gənclər üçün yeni imkanlar açacaq. Bundan irəli gələrək Avropa Birliyi ölkələri ilə “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələr arasında iş birliyinin qurulması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, sülh quruculuğu və regionda mövcud olan münaqişələrin həllində gənc liderlərin rolunun artırılmasına dair birgə layihələrin həyata keçirilməsi Forumdan sonrakı müddətdə nəzərdə tutulur.

Tədbir zamanı 2011-ci ildə keçiriləcək “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumuna təkliflərdən ibarət müraciət qəbul olunacaq. Eyni zamanda Forumun qrup işlərində əldə olunan təkliflər Avropa Komissiyasının Gənclər Fəaliyyətdə proqramının Brussel ofisinə, Avropa Birliyinin Azərbaycandakı və digər Şərqi Avropa ölkələrdəki nümayəndəliklərinə və müvafiq səfirliklərə göndəriləcək.






10 İyun, 2011  20:40 Baxılıb: 1070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner