Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İqbal Ağazadəylə Siyavuş Novruzov üz-üzə gəldi

"Bəxtiyar Hacıyevə də nativ hərbi xidmətdən istifadəyə imkan verilməli idi"-"Kimliyindən asılı olmayaraq, hər kəs hərbi çağırışla bağlı qanunun tələblərinə riayət etməlidir"

“Əfv fərmanı məhkum olunmuşlara şamil edilir, istintaq altında olanlara yox. Ola bilsin ki, istintaqın yekununda o şəxslər günahsız hesab olunacaq və buraxılacaq”. 

Simsar.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Siyavuş Novruzov deyib. O, həmkarı İqbal Ağazadənin “son əfv fərmanı 2 apreldə tutulan şəxslərə şamil edilməli, həmçinin, Bəxtiyar Hacıyevə də nativ hərbi xidmətdən istifadəyə imkan verilməli idi” fikirlərinə münasibət bildirib.

S.Novruzov Bəxtiyar Hacıyevin məsələsi ilə bağlı da münasibət bildirərək deyib ki, kimliyindən asılı olmayaraq, hər kəs hərbi çağırışla bağlı qanunun tələblərinə riayət etməlidir: “nativ xidmətdən yararlanmaq istəyən şəxslər ya dini baxımdan, ya da bir sıra Avropa ölkələrində olduğu kimi cinsi baxımdan əngəli olduğunu irəli sürərək, əsgərlik çəkməkdən imtina edə bilərlər. İndi kim bu iki məsələdən birini özünə aid edirsə, o bu məsələ ilə bağlı müraciət etsin və hərbi çağırışla bağlı qanunun tələblərinə uyğun olaraq, işini nəticələndirsin”.

YAP üzvü deyib ki, bir müəllimin oğlu əsgərlikdən yayınanda ona həbs verirlər, ancaq bir başqasının bu niyyəti olanda onu məsələsi Milli Məclisdə qaldırılır: “Bu normal hal deyil, qanun hər kəsə eyni dərəcədə şamil edilməlidir”.






10 İyun, 2011  18:08 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner