Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

"Ortam vəhşidir...Və harada hansı təhlükənin gələcəyini bilmirsən." Rövşən Abdullaoğlu Afrika səfərindən danışır

Yazışı Rövşən Abdullaoğlu ilə hər dəfə görüşəndə söhbətimiz o qədər maraqlı alınır ki, hətta zamanın necə keçdiyini hiss etmirəm. Sonuncu Afrika səfərindən sonra yenə görüşüb söhbətləşməyin vaxtıdır düşündüm.  Adətən sənədli yaxud da bədii filmlərdə gördüyümüz cəngəlliklərdən, ibtidai şəraitdə yaşayan tayfalardan danışdıqca bir anlıq o mənzərələr gözümün önündə canlandı. Söhbətimiz sizin üçün də maraqlı olacaq...

- Rövşən bəy,  artıq 3-cü dəfədri ki Afrika ölkələrinə səyahət edirsiz. Hər dəfə də maraqlı materiallarla dönürsüz.  Son səfərinizdən bir az danışın.

- Afrikada ölkələr çoxdur.  Hər bir ölkə də öz təbiətinə , flora-faunasına, orada yaşayan qəbilələrinə görə fərqlənir. Mən həmişə gedəndə çox düşünüb seçim edirəm. Getdiyim yerləri  kreteriyalarıma uyğun seçirəm. Məsələn, daha çox ibtidai quruluşda yaşayan tayfaların olduğu bölgələri. Yaxud da öz mədəniyyəti,  yaşam tərzi ilə seçilən kəndlər, bölgələr olsun. Əgər ölkədə belə bir qəbilələr varsa,  mən oraya səyahət edirəm. Afrikada elə ölkələr  də var ki çox təhlükəlidir.  Məsələn Somali çox təhlükəli bölgədir. Hətta orda günün günorta çağı turistləri  oğurlayırlar və onların gəldikləri ölkədən böyük məbləğdə pul tələb edirlər.   Hətta Afrikda “Somali quldurları”  deyimi də var.  Bu dəfəki səfərimdə Piqmey tayfalarının ya.adığı bölgəyə getmişdim.  Bəddi əsərimdə ilk kitabım  bu tayfa haqqında olacaq. Piqmeylər saylarının azalmağa doğru gedən bir Afrika tayfasıdır. Hər Afrika ölkəsində Piqmeylər yoxdur. Mən əvvəlcə MAR - a(Mərkəzi Afrika Respublikası) getmək istəyirdim.  Orada Piqmeylər barəsində hətta sənədli film də çəkilib və bu tayfalar orada öz təbii ortamında yaşayır. Onlar demək olar ki, meşələrdə vəhşi formada yaşayırlar. Ona görə də marağımı MAR çəkmişdi. Hətta oradan  sənədli  film çəkən bir əcnəbi ilə də danışdım. O isə ümumiyyətlə MAR-ı məsləhət görmədiyini bildirdi. Dedi ki, filmi çəkəndə çox çətinlikləri olub. Əgər sizin mühafizəniz yaxşı təmin olunmasa qətlə də yetirilə bilərsiniz. Həqiqətən də buraya çox jurnalistlər film çəkənlər var ki gəlib, lakin qətlə yetiriliblər. Tayfalardan başqa ölkənin özüdə əmin-amanlı yer deyil. Ona görə mən məcbur olub getdim Uqandaya. Orada da Piqmeylər yaşayır. Piqmeylərin boyu 1.50 sm keçmir. Səfərimiz  paytaxtı Kampaladır, ancaq Beynəlxalq Hava Limanı Entebbedədir.  O şəhərin məşhur botanika bağı var. Amma bizim bildiyimiz bağdan  deyil, onların botanika bağı çox böyük sahəni əhatə edir. Və Tarzan filmi də bu botanika bağında çəkilib. Ilk içəri daxil olduqda adama çox maraqlı gəlir. Fəqli-fərqli bitkilər, ağaclar, Tarzanın sallandığı ağac növləri və bitkilər adamı valeh edir. Lakin başqa şəhərlərdəki botanika bağlarını görəndən  sonra isə qərara gəlirsən ki, bu hələ balacadır. Çox sıx meşələr  var. Orada dağ qorillalar yaşayır. Hətta UNESCO həmin əraziləri və heyvanları qorumaya alıb.

- Qorillaları yaxud  başqa heyvaları rahat görmək olur?

- Xeyr, hər hansısa heyvanı görmək istəyirsənsə, gərək onların olduğu məkanlara gedəsən. Həmçinin mövsümlərin də rolu var. Məsələn quraqlıq mövsümündə onları tapmaq daha asandır. Yağıntılı mövsümdə isə çətin. Yəni düzgün zamanı, mövsümü, və bələdçini seçməlisən. Biz səfər edərkən qabağımıza ağ kərkədan çıxdı. Biz onları gördük. Amma elə insanlar olur ki, onlar görə bilmir. Orada maşından düşməyə icazə vermirlər. Çünki ortam vəhşdir. Və harada hansı təhlükənin gələcəyini bilmirsən.  Xüsusi yerlər var ki,  avtomobildən ancaq orada düşə bilərsən.

- Bəs yerli camaat vəhşi heyvanlardan necə mühafizə olunurlar?

- Onlar artıq öyrəşiblər. Masay tayfası cəngavər tayfası hesab olunur. Orada sönmüş vulkanın kraterində böyük ərazi var ki, vəhşi heyvanlar yaşayırlar. Və həmin kraterin girişində də Masay tayfaları yaşayır. Demək olar ki vəhşi heyvanlarla birgə yaşayırlar. Və biz onlardan necə qorunduqlarını soruşduq da isə dedilər ki, kəndin ətrafına taxtadan hündür hasarlar çəkmişik. O hasardan keçə bilmirlər. Və kəndə giriş iki yerdəndir. Həmin girişi də qoruyurlar.  Oxlar, nizələr, əldəqayırma bıçaqlarla ibtidai formada özlərini qoruyurlar. Onlar uzun müddətdir ki, vəhşi heyvanlarla yaşayırlar artıq onlarla mübarəzi aparmağın yollarını çox gözəl bilirlər. Ancaq biz onu bacara bilmərik,  hətta əlimizdə silah olsa belə həmin an özümüzü itirə bilərik ,  vahimə bürüyər bizi, silahdan da istifadə edə bilmərik. Onlarda bir adət-ənənə var ki, uşaq həddi-büluğa çatanda kişilik nümunəsi göstərməlidir.  Uşağı həmin cəngəlliyə vəhşi heyvanların içinə buraxırlar ki, hansısa heyvanı ovlasın.

-Sivilizasiya yoxdur?

-Afrikada bu kimi ölkələrdə sivilizasiya yoxdur, amma lap kənar məkanlarda isə ümumiyyətlə sivilizasiyadan uzaqdır. Onlarda yazı yazmaq yoxdur, ancaq öz dillərində danışırlar və  öz aralarında anlaşırlar. Elmi texniki tərəqqi deyilən bir şey yoxdur. Mən onlara telefon, kamera göstərirdim təəccüb hissi keçirirdilər.  İbtidai şəkildə yığıcılıq, ovçuluq, və  heyvandarlıqla məşğul olurlar. Ölkələrdə su problemi çoxdur. Piqmeylərin olduğu coğrafi mövge isə icazə verir ki,  nələrsə əkə bilsinlər.  Biz orada ananas, banan kimi meyvələrin plantasiyalarını gördük. Ancaq biraz quraq bir ərazidə yaşayan tayfalar susuzluqdan əziyyət çəkirlər.  Çimmək onlarda problemdir suya görə.

- Eşitdiyim qədəri ilə Afrikada vəhşi heyvanlardan geri qalmayan zəhərli, zərərli həşaratlarıda mövcuddur.

- Zəhərli ilanlar, hörümçəklər var ki biz onları tanımırıq, bilmirik. Biz Entebbde olanda Viktoriya gölünün kənarında ağacda hörümçək var idi və mən bunu heç fərq etməmişdim. Bələdçi mənə dediki ehtiyatlı ol bir az da qabağa getsən o səni sancacaq və zəhəri sənin bədədninə tez yayılacaq. Səni xəstəxanayada çatdıra bilməyəcəyik. Çoxlu zəhərli ilanlar var. Zəzibarda Hind okeanı sahilində dayanmışdım, əlimidə kəndirdən tutmuşdum seyr edirdim. Sən demə əlimdən 10-20 sm uzaqlıqda qara ən zəhərli ilan var imiş. Birdən qaraltı diqqətimi çəkdi və limi götürdüm. Baxdım ki, həmin ilan məni sancmaq pozisiyanda imiş. Bu kimi hallar çox gəlib başımıza. Bir dəfə də həmin cəngəlliyin içi ilə maşınla gedirik. Birdən mən dedim ki, maşını saxla buradan mən heçnə görmürəm düşək aşağı daha içərilərə gedək. Oda mənə dediki ümumiyyətlə maşını saxlamaq olmaz. Sən onları görməsən də onlar səni görür. Bu dəqiqədə hansısa kolluğun arasındadırlar. Çox olub ki, maşını saxlatdırıblar heyvanlar da hücum ediblər. Ele bunu dediki maşın xarab oldu. Nə bələdçi nə də biz düşə bilmirik. başqa maşın köməyə gələnə qədər gözlədik.

- Mənə çox maraqlıdır əsərin özü. Bu əsərin qəhrəmanı kimdir?

- Hələki mən yazmağa başlamamışam. Bir az əsər haqqında ümumi məlumat verim. Əsər afrikalı bir gəncdən və bu gəncin Afrika səyahətlərindən danışır. Bu silsiləli bir kitab olacaq. Hər kitabda qəhrəman fərqli mölgələrdə olacaq.  Müxtəlif  tayfalarla görüşəcək həmçinin bu gənc Afrika ovçusudur böyük həyat təcrübəsi var. Oxucu əsərdə qəhrəmanın gəzdiyi bölgələrdə yaşayan tayfalarla tanış olacaq.  Çox istəyirəm ki, etnoqrafik məlumatlar ötürüm oxucuya.  Yəni əsərin yalnız publisistik məzmunda olmasını düşünmürəm.  Təkcə publisistik olsa oxucu üçün maraqlı olmaz. Birinci əsər materikin ən kiçik boylu və ən hündür boylu tayfasından yəni Piqmey və Karamaconq tayfalarından danışır. Bu iki tayfa uzunmüddətdir ki bir-biri ilə müharibə şəraitində yaşayırlar. Ümumiyyətlə Piqmeylər uzun müddət digər tayfalar tərəfindən ovlanıb. Boyları da balaca olduqlarından onları meymunlardan ayırmaq olmur. Üzərlərinə də hansısa heyvanın kürkünü geyindikdə fikirləşirsən ki insan yox hansısa başqa canlıdır.  Digər tayfalar Piqmeyləri ovladıqdan sonra onların ətindən, sümüyündən tibbi məqsədlər üçün istifadə ediblər. Şər qüvvələrdən qorunmaq üçün onların sümüklərindən boyunbağı düzəldiblər. Şamanlar hər hansısa ruhları çağırmaq üçün Piqmeylərin kəllə sümüklərindən istifadə edirlər. Avropadan gələn bəzi insanlar da Piqmeyləri tutub aparırlar öz zooparklarına və orada saxladırlar, Afrika heyvanları kimi. Bir müddət onlarla yaşayandan sonra anlayırlar ki, bunlar da insandır. Insanlar kimi düşünürlər, hərəkət edirlər. İnsan olduqları üçün onları ovlamaq olmaz. Əslində Afrika tayfaları çox yanlış edirlər bunlara insan kimi baxmırlar. Ov kimi baxırlar. Əsərdə gənc yaralanır və  Piqmeylər də bu gəncə kömək edir və sağaldırlar. Daha sonra öz səhvini başa düşür və xalqlara başa salmaq istəyir ki, Piqmeylər əslində bizim kimi insandırlar. Əsərdə fəlsəfi bir mesaj da var ki, insanı heyvanlardan ayıran əsas xüsusiyyət nədir? Baş qəhrəman bu xüsusiyyəti tapmalı və digər xalqlara göstərməlidir. Bu əsərdə həm fəlsəfi, həm mənəvi mesajlar var. Düşünürəm maraqlı ktab olcaq.

- Onlarda dini təsəvvürlər, dini inanclar hansı səviyyədədir?

- Deyərdim ki, bir çox tayfalar animistlərdir. Təbiətə pərəstiş edirlər. Anteizmin nümunələri də var. Insanlar, bütün canlılar və təbiətin bütün vəhdətinə inanırlar. Ruhlara inanaları da var. Bəziləri hər hansı canlını  müqəddəs bilirlər. Efiopiyada xristianlar çoxdur. Müsəlman olan bölgələr də var.

- Belə bir xəbər yayılmışdı ki, müsəlman ölkələrindən həmçinin Türkiyədən Somaliyə yaxud Afrikanın başqa regionlarına yardım məqsədi ilə gedən həkimlər, müəllimlər orada islam dinini təbliğ edirlər.

- Ümuiyyətlə,  orada missianerlik var. Hətta bir xristian aldığı kreditlə orada kilsə tikir. Və kilsəni tikib bitirəndən sonra kimsəsizlər yeri tikir. Və başlayır yerli xalqa yardım etməyə. Eyni zamanda öz dinini əqidəsini başlayır təbliğ etməyə başlayır.  Bu dəqiqə xristianlıq orada daha tolerantdır. Bununlada belə orada hansısa müsəlman məntəqəlırinə rast gəlmək olar. Biz Klimancaroda olarkən bələdçimiz bizə dedi ki,  burada bir məntəqə var sizin marağınızı çəkə bilər çünki siz də müsəlmansız. Orada kiçik bir məscid var idi. Yanında da tədris üçün dərsxana  Bir nəfər gənc təhsil alıb və gəlib burada həm kimsəsizlərə himayə edir həm də dini dərslər keçir. Bizə icazə verdi içəri girdik gördük ki, müxtəlif yaşda olan qadın, uşaq və cavanlar var. Onları himayə edir ki, pis yola düşməsinlər. Öz gücü çatdığı qədər onlara kömək edir. Biz gedəndə Quran dərsi keçirdi. Afrikada uşaqlara şirni verərkən çox acgöz şəkildə insanın əlindən qapırlar. Gələn əcnəbilərdən də soruşurlar karamel var? Və bizim bələdçimizdə bizə qətiyyən icazə verməmişdi ki onlara karamel şirni verək. Mənim ürəyim dözmədi axıra yaxın uşaqları sakitcə çağırdım maşına tərəf və şirnini çıxardanda bir anın içərisində bütüm ətrafım uşaqla doldu. Ağacdan belə üstümə tullanan oldu. Sonda əlim qan içində cızıq-cızıq idi köynəyim çox pis hala qalmışdı və mən yerə yıxılmışdım. Bu zaman bələdçimiz mənə yaxınlaşıb dedi ki bax buna görə demişdim şirni vermək olmaz. Məsciddə gördüyümüz  bu gənc o uşaqları elə gözəl tərbiyələndirmişdi ki mən şirnini açıb paylayanda heç biri üstümə hücum çəkmədi, heç biri əlimdən almadı. Hamısı partanın arxasında oturmuşdu heç tərpənmirdilər də. Mən gəncə baxdım və gənc mən icazə verirəm bəli deyəndən sonra uşaqlar hər biri bir dənə götürdü. Artıq yox.  Sonra da təşəkkür etdilər. Konfeti bizim yanımızda yemədilər. Yəni bu təlim-tərbiyənin insan şəxsiyyətinin formalaşmasında nə qədər önəmi olduğunu göstərir. Dinin bu cür yerdə yayılması əslində çox gözəldir.  Din bizə nəfslə mübarizəni öyrədir. Onların maddi yardıma çox ehtiyacı var. Ilk olaraq onlara təslim dərsi, mənəviyyatlıq dərsi, insanlıq dərsi lazımdır.

- Coğrafiya imkan verir ki, iqtisadiyyatlarını gücləndirsinlər?

- Bu sualin cox açıqlaması var. Düşünürəm onlar ilk olaraq təfəkkürlərini,  düşüncələrini dəyişmək istəmirlər. Onlara görə indi yemeyim var kifayətdir.  Gələcək  işinin asanlaşdırılması yoxdur. Yeməyim yoxdursa, necəsə əldə edim ya oğurlayım təfəkkürü var. Və dəyişməkdə istəmirlər.  Yəni ibtidai formadan çıxmaq istəmirlər. Düzdür orada mən bir çoxlarını görmüşdüm ki, çıxmışdılar o təfəkkürdən. Hətta xaricə təhsil üçün gedənləri də var idi. Masay tayfalarının içərisindən qaçış üzrə Olimpiya Çempionu çıxıb. Biz Piqmeylərin olduğu məkana gedərkən böyük ananas, banan, cofe və sair plantasiyaları gördük. Bu plantasiyalarda tanınmış brendlərindir. Yəni özü üçün öz brendi üçün bu imkanı o yardıb. Orada yaşıllıq , su hər şey var idi. Ancaq onun ətrafındakı kəndlərdə isə həyat acınacaqlıdır. Yəni ölkəyə milyardlarla pul gəlsə özü də bu şəraiti yarada bilər. Ancaq imkan həmin plantasiyaların sahibinin əlindədir. Təyyarədə olarkən Alman biznesmeni var idi Efiopiyada kofe işi ilə  məşğul olduğunu bildirirdi. Özü Alman amma işi Efiopiyada kofe istehsal edib digər ölkələrə satmaq idi. Öz biznesləri inkişaf edir, ancaq ölkə inkişaf etmir. Bütün bu təbii sərvətlər axır hamısı xaricə ona görə də ölkə inkişaf etmir. Daha sonra türk mühəndisi ilə yol yolaşı olduq. Söhbətimiz Afrika səfirliyindən düşdü. O dediki mənə elə gəli ki, düşünülmüş şəkildə belə edirlər. Çünki Afrikanın çox yerlərində zəngin təbii sərvətlər var ona görə də oranın inkişaf etməsini və qazılmasını istəmirlər. Afrikanın inkişaf etməməsində səbəblər çoxdur.

- Yəgin ki orada ədəbiyyatdan danışmaq olmaz.

- Yox heç orada yazı yoxdur. Mən bir çox Avropa ölkələrində olmuşam muzeylərində olmuşam. Aşağı-yuxarı arxitekturalarında müəyyən oxşarlıq var. Amma mən Afrika muzeylərində oldum. Oradakı rəssamların tablolarında oxşarlıq deyilən bir anlam yox idi. Tamamilə bir-birlərindən fərqlənirdilər. Müqəddəs ananı Avropa muzeylərində görürsən və Müqəddəs ana şəklinə yaxın bir şəkildə Qara anadı zənci bir xanımdı və onun simasında sən qəm görürsən, hüzün görürsən, kədər görürsən, müsibəti görürsən. Ancaq Avropa muzeylərindəki qadın şəkillərində tamamilə başqa çalarlar var.  Məsələn ehtiras görə bilərsən, hansısa bir mənalı baxş görə bilərsən. Ancaq Afrikadakı xanımların simasında öz ölkələrində olan müsibətləri yansıdır. Mühit, insan psixologiyası, dərdləri, problemləri başqadı ona görə də özünü belə təzahür edir.

- Sənət əsərləri bəs?

-Heç də geri qalmır. Dünya ədəbiyyatı xalqları sırasına Afrika ədəbiyyatı daxil olmayıb. Dünya rəsmləri sırasında biz Afrikadan olan rəsmləri görə bilmirik. Dünya musiqiləri içində biz Afrika musiqilərini görə bilmirik. Hansı ki, onların musiqisi, rəsmləri və sair heç də geri qalmır.  Mən Zanzibarda Qusara adlı illik musiqi festivalında iştirak etdim. Bu festivala Avropadan da gələnlər olur, amma adətən Zanzibarda olan turistlər iştirak edir. Çox fərqli ritmləri, çox fərqli musiqiləri var.  Avropa musiqisindən tamamilə fərqlənir və  heç də geri qalmır. Fərqli musiqi və fərqli ifa olduğuna görə bu insanı daha çox özünə cəlb edir. Və düşüncələri çox zəngin olduğundan heç plagiata da ehtiyac olmur. Afrika musiqisi indi hardasa müasirləşir, dünyaya çıxış tapır. Bu vaxta gədər insanlar təbii özləri düzəltdikləri  alətlərlə ifa edirdilər və gözəl də alınırdı. Indi onu modern hala salırlar. Zanzibarda Hind okeanı sahilində Stonetovn adlı meydan var. Tanınmış musiqiçilər gəlilər bu meydanda pulsuz konsert verirlər. O qədər gözəl ifa edirlər ki, ətrafdakı insanlar toplaşırlar dinləyirlər. Afrikanın dünya incəsənətinə çıxması üçün hansısa təşkilatlar, qurumlar dəstəık göstərməlidir. Tezzi Afro adlı musiqiçi öz mahnılarında Afrikanın dərdindən danışır.

- Artıq 3-cü səfərinizdir. KİV – in də az-çox bu barədə məlumatı var. Səfərlərinizə mətbuat və televiziyaların  marağı necə oldu?

- Bizim Afrika səfərlərində KİV – nin diqqətini çəkmək üçün bütün parametrlər var. Həddindən artıq maraqlı və məlumatlı səfərlərdir çünki. Ilk olaraq başqa xalqların  mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə tanış olursan.

- Sizin əlinizdə videolar şəkillər materiallar var. Yəni kimsə təklif irəli sürmədi ki, kiçik də olsa sənədli film etsinlər?

- Xeyr elə böyük bir maraq görsənmədi.  Əslində dəqiq bilmirəm maraqlı olmadı yoxsa məlumatsızdırlar.

- Bəs özünüz necə əlinizdə topladığınız videogörüntülərdən bir sənədli film hazırlamağı düşünürsüz?

- Bizdə elə gözəl materiallar var ki. Cox qeyri-adi və təbii çəkilmiş materiallardır hamısı. Biz hazırda onun üzərində işləyirik.  Afrikada çəkdiyim videolardan kiçik sənədli filmlər hazırlayacam. Afrika ölkələri, Afrikada uşaqlar, Afrikada aclıq bu mövzularda silsilə çəklində videolar  hazırlayacam. Təbii ki, böyük auditoriyaya çıxmaq üçün kanallar lazımdı. Gələcəkdə təklif gələrsə birgə işləməyə də hazırırq... (ardı var)

İradə Nurəddinqızı






26 Sentyabr, 2019  16:59 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









11 Oktyabr, 2019  09:54

10 Oktyabr, 2019  17:36

10 Oktyabr, 2019  17:00



10 Oktyabr, 2019  16:13


10 Oktyabr, 2019  15:40









10 Oktyabr, 2019  09:22



10 Oktyabr, 2019  09:02










9 Oktyabr, 2019  11:25

9 Oktyabr, 2019  09:15



8 Oktyabr, 2019  17:29





8 Oktyabr, 2019  14:34



sagbanner