Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Temperatur artır

Bu gün 31 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. 

Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 10-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Nazirliyi Milli Hidrometeorologiya Departamenti tibbi Meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.






10 İyun, 2011  13:38 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner