Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyevin Sloveniyaya rəsmi səfəri başladı

Azərbaycan prezidenti İlham Əliyev bu gün Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstünün açılışında iştirak edib.

Simsar.az-ın məlumatına görə, bununla da, Serbiyaya səfərini başa vuran Azərbaycan prezidenti Sloveniyaya rəsmi səfər edib. Sloveniyada Azərbaycan dövlət başçısının rəsmi qarşılanma mərasimi olub. 

Səfər çərçivəsində bu gün Lyublyanada əvvəlcə prezidentlərin təkbətək görüşü keçiriləcək, sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Daha sonra iki ölkə arasında “Mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında” və “İkiqat vergitutmadan azad olma, kapital və gəlir vergisindən yayınmanın qarşısını alma haqqında” sazişlər imzalanacaq.

Sənədləri hər iki ölkənin xarici işlər və iqtisadiyyat nazirləri imzalayacaqlar.

Sabah prezidentlər İlham Əliyev və Danilo Türk Azərbaycan-Sloveniya biznes-forumunun açılış mərasimində iştirak edəcəklər. Həmin gün dövlət başçısı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyacaq, xatirə lövhəsinin açılış mərasimində iştirak edəcək.

Azərbaycan prezidentinin Sloveniyaya səfəri iyunun 10-da başa çatacaq.






10 İyun, 2011  01:29 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner