Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənilərlə necə müharibə aparaq?

İldırım Məmmədov “Kontaktsız müharibə” tərəfdarıdır

“Azərbaycan “kontaktsız müharibə” apararsa, çox az canlı qüvvə itirərək torpaqlarını erməni işğalından azad edəcək”. Bunu SalamNews-a açıqlamasında istefada olan polkovnik İldırım Məmmədov bildirib.

Hazırda əsasən NATO-ya üzv ölkələrin İraq, Əfqanıstan, Liviya və digər bölgələrdə “Kontaktsız müharibə”dən istifadə etdiklərini bildirən hərbi ekspert deyib ki, bu cür döyüşlər aparan ölkələr minimum canlı qüvvə itirirlər və müharibədən qalib çıxırlar. Polkovnik İldırım Məmmədov hazırda Azərbaycan Ordusunun buna yaxşı hərbi imkanları olduğunu söyləyib:

“Həmçinin müharibə zamanı hərbi hissə komandirləri də sərbəst qərar qəbul etməlidirlər. Bu da müharibənin yaxşı nəticə ilə başa çatmasını şərtləndirən əsas amillərdəndir. Döyüş Nizamnaməsində də qeyd olunur ki, komandir qələbə əldə etmək üçün sərbəst qərar verməli və hərbi hiylələrdən istifadə etməlidir. Döyüş şəraitində komandir vəziyyətə uyğun olaraq hər hansı sərbəst qərar qəbul etdiyi təqdirdə cəzalandırılmayacağına əmin olmalıdır. Vaxtilə torpaqlarımızın işğal edilməsinin səbəblərindən biri də məhz Azərbaycan Silahlı Qüvvələrində sərbəst qərar qəbul etməyə görə cəzalandırmanın və qorxunun olması idi”.






9 İyun, 2011  21:33 Baxılıb: 1029 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner