4 nəfər yaralanıb
İyunun 9-da Şəkinin Baş Göynük kəndində canavar insanlara hücum çəkib.
Simsar.az-ın “vesti.az”-a istinadən verdiyi məlumata görə, canavar 4 nəfəri – Asiman Səlimov, İmran Mürsəlov, Qazafyat Mahmudov və Nakam İsrafilovu yaralayıb.
Kəndlilər canavarı öldürə biliblər. Canavarın başı quduzluq xəstəliyinin olub-olmamasının araşdırılması üçün Bakıya göndərilib.