Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Folklor nümunələrəmiz satıla bilməz

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunun qüvvəyə minməsi barədə fərman imzalayıb.

Bu barədə Simsar.az-a prezidentin mətbuat xidmətindən məlumat verilib.

Qanuna edilmiş dəyişikliyə əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.

Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.






9 İyun, 2011  17:28 Baxılıb: 2671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner