Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SABAH MÜXALİFƏT LİDERLƏRİ DİPLOMATLARLA GÖRÜŞƏCƏK

ATƏT yaxın vaxtlarda iqtidarla ümxalifəti bir araya gətirəcək

İctimai Palatada təmsil olunan müxalifət partiyalarının rəhbərlərinin sabah Qərb dövlətlərinin Bakıdakı səfirləri, diplomatik korpuslarının nümayəndələri ilə növbəti görüşü olacaq. Simsar.az saytının məlumatına görə, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel də həmin görüşə dəvət olunub. Bu barədə məlumatı B.Cankorel jurnalistlərlə söhbətində bildirib.  

Cankorel deyib: “Hansısa beynəlxalq təşkilatın nümayəndəsi və ya hansısa ölkənin səfiri ilə Azərbaycan müxalifət nümayəndəsinin görüşməsinə kiminsə etiraz bildirməsi səhfdir”. Onun sözlərinə görə, Azərbaycan demokratik ölkədir və belə məsələlərdə dözümlülük nümayiş etdirilməlidir.

Cankorel İctimai Palata rəhbərliyi ilə görüşə dəvət olunduğunu və görüşdə iştirak etməyə çalışacağını bildirib: “Əgər vaxt məhdudluğu olsa məni bu görüşdə müavinim təmsil edəcək”.

Ə. Cankorel onu da qeyd edib ki, iyunda ATƏT-in Bakı ofisinin təşəbbüsü və təşkilatçılığı ilə iqtidar və müxalifət nümayəndələrinin görüşü olacaq.

“Bizim hakimiyyət-müxalifət dialoqunu təşkil etməklə bağlı görüşlərimiz hər zaman davam edir. İqtidar və müxalifətlə birgə konfrans keçirilməsi hazırda gündəmimizdə olan məsələdir. Önümüzdəki həftələrdə bunun baş tutacağını təxmin edirəm”.

Qeyd edək ki, 20-yə yaxın Qərb ölkələrinin diplomatlarının müxalifət liderlərilə ilk görüşü 2011-ci ilin aprelin 8-də olub. Həmin görüşdə ölkədəki ictimai-siyasi məsələlər, sərbəst toplaşmaq azadlığı və mitiqlərdəki həbslər müzakirə olunub.

RAMİL






9 İyun, 2011  16:54 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner