Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə Nazirliyi əhalini arxayın etdi

 Bağırsaq infeksiyasına qarşı tədbirlər görülüb

Azərbaycan Almaniyada yayılmağa başlayan və artıq bir neçə ölkədə müşahidə edilən bağırsaq infeksiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər görüb. Bunu cümə axşamı Simsar.az-a Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.

O bildirib ki, xəstəxanalarda kifayət qədər infeksion palatalar var. Əgər hər hansı şəxs özündə şübhəli əlamətlər hiss edərsə, təcili xəstəxanalara müraciət etməlidir.

Qasımov qeyd edib ki, sözügedən infeksiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda vəziyyətin monitorinqinin aparılmasına ehtiyac yoxdur.

İnfeksiyanın insanlara daha çox xaricdən gətirilən genetik modifikasiyaya uğramış və yerli meyvə-tərəvəzlərdən keçmə ehtimalına gəldikdə, Qasımov bildirib ki, Azərbaycana xaricdən çox az
miqdarda meyvə-tərəvəz gətirilir. Lakin insanlar hər hansı infeksiyaya yoluxmamaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etməli və meyvə-tərəvəzləri təmiz yumalıdırlar.

Almaniyada yayılmağa başlayan kəskin bağırsaq infeksiyasına artıq Avstriya, Böyük Britaniya, Danimarka, Fransa, Niderland, İsveçdə yoluxma halları baş verib. Dünən Gürcüstanda da bu infeksiyaya 1 yoluxma halı aşkarlanıb.

Artıq Avropada 26 nəfər bu infeksiyadan dünyasını dəyişib. İnfeksiyanın yayılma mənbəyi hələ dəqiq müəyyən edilməyib.






9 İyun, 2011  16:47 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner