Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

720 polis cəzalandırılıb

Oruc Zalov: “Hər bir Azərbaycan polisi bilir ki, qanundan kənara çıxsa, onun haqqında ciddi tədbir görüləcək"

ATƏT-in Bakı ofisinin dəstəyi ilə keçirilən cəmiyyət dəstəkli polis işinin təkmilləşdirilməsi layihəsi çərçivəsində son üç ildə polis sıralarında çalışan 720 nəfər polis işçisi vətəndaşlarla münasibətlərdə yol verdikləri pozuntulara görə daxili işlər nazirinin əmrilə cəzalandırılıb.

Onlardan 14 nəfəri cinayət məsuliyyətinə cəlb edilib. 36 nəfər isə tutduqları vəzifələrdən azad edilib. Yerdə qalan digər şəxslər barəsində isə müxtəlif cəza tədbirləri həyata keçirilib.

Simsar.az-ın məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib. O bildirib ki, bütün bu tədbirlər Azərbaycan polisinin simasının müsbətə doğru dəyişdirilməsi və demokratikləşdirilməsi yolunda atlan addımlardır.

Nazir müavini konfransda iştirak edən qonaqları əmin edib ki, bu islahatlar davamlı olacaq: “Bu gün hər bir Azərbaycan polisi bilir ki, qanundan kənara çıxsa, onun haqqında ciddi tədbir görüləcək. Bunun təkcə beynəlxalq təşkilatların tələbləri əsasında deyil, həmçinin, Azərbaycan dövlətinin öz iradəsi daxilində həyata keçirildiyini qeyd edən O.Zalov bəyan edib ki, ATƏT-in təşkil etdiyi bu layihə çərçivəsində bu günə qədər 300 polis müxtəlif təlimlər keçib: “Sözsüz ki, bu gün bəzi çatışmazlıqlar mövcuddur və bu çatışmazlıqların qarşısı elə polis tərəfindən alınır”.

Nazir müavini onu da bildirib ki, bundan sonra da demokratik polis sisteminin yaradılmasına davam ediləcək.






9 İyun, 2011  15:37 Baxılıb: 952 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner