Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DEPUTATLIĞA KEÇMİŞ NAMİZƏD ŞƏRİKİNİ NİYƏ GÜLLƏLƏDİ?-FOTO

Bakıdakı qanlı “razborka” ilə bağlı sensasion versiyalar
İş adamı Nadir Orucov kabinetində qətlə yetirdiyi Rövşən Rüstəmova 500 min manat borclu imiş; öldürülən şəxsin kriminal aləmlə əlaqəsinin olduğu deyilir

Dünən saat 17:00 radələrində Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi baş verib. 4-cü mikrorayon, Hüseyn Seyidzadə, 3 ünvanda yerləşən “ROR market”in sahibi Nadir Orucov Gəncə sakini Rüstəmov Rövşən Rəcəb oğlunu mübahisə zəminində “Makarov” tipli tapança ilə qətlə yetirib. N.Orucovun qətl törətdiyi ofisin yaxınlığında ona məxsus avtoyuma məntəqəsi və kafesi var. 

Nəsimi rayon prokuroru Aqşin Ziyadov APA-ya açıqlamasında prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini, meyitin tibbi ekspertizaya göndərildiyini bildirib. Prokuror qətlin hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını deyib: “Hazırda araşdırma aparılır. Hər şey araşdırmalardan sonra məlum olacaq”.
Dünən qətldən az sonra olay yerinə baş çəkdik. Polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırdılar. Məlum oldu ki, qətl hadisəsi N.Orucovun iş otağında baş verib və hadisə zamanı orada onlardan başqa heç kim olmayıb. Həmin ərazidə yaşayan sakinlərin əməkdaşımıza verdiyi məlumata görə, N.Orucov xeyirxah və sakit insan olub. İşçiləri də ondan razılıq edirdilər. Orada öyrəndik ki, hələ bir neçə gün öncə R.Rüstəmov N.Orucovun iş otağına gəlib və aralarında gərgin mübahisə baş verib. Sakinlər əlavə etdilər ki, N.Orucov hər adamla öz iş otağında söhbət etməzmiş.

Deyilənlərə görə, öldürülən R.Rüstəmov da biznesmen olub. Onun N.Orucovla tanışlığı xeyli əvvələ təsadüf edir. Yaxın olduqları üçün də N.Orucov onunla öz otağında söhbət edib. Bəzi iddialara görə isə onlar biznes şəriki olublar. Aradakı 500 min manatlıq borc da birlikdə gördükləri işlər zamanı yaranıb.


Hadisə yerində olarkən onu da öyrəndik ki, qətl pul üstündə baş verib. Belə ki, N.Orucovun R.Rüstəmova 500 min manat borcu olduğu deyilir. Gəzən söz-söhbətə görə, hadisədə istifadə olunan tapança R.Rüstəmova məxsus olub və onlar söhbət edərkən o, tapançanı masanın üstünə qoyubmuş. Söhbət zamanı aralarında mübahisə yaranıb. Deyilir ki, mübahisə zamanı R.Rüstəmov N.Orucova küçə söyüşləri söyüb və bu zaman sonuncu tapançanı götürərək R.Rüstəmova atəş açıb. İki güllə yarası alan R.Rüstəmov aldığı xəsarətlər nəticəsində bir neçə dəqiqədən sonra elə olay yerində ölüb. Gəncə sakini olan R.Rüstəmovun kriminal aləmə yaxın adam olması haqda da söz-söhbətlər dolaşır.


Hadisə yerində araşdırma aparan Nəsimi Rayon Prokurorluğunun əməkdaşları “Yeni Müsavat”a açıqlamasında hadisənin hansı zəmində baş verməsinin hələlik dəqiq bilinmədiyini dedilər. Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsindən APA-ya verilən məlumata görə, ilkin araşdırma nəticəsində N.Orucovla tanışı R.Rüstəmov arasında pul üstündə mübahisə baş verdiyi müəyyənləşib. N.Orucov saxlanılıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir.

musavat.com






9 İyun, 2011  15:31 Baxılıb: 3907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner