Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“xiyar virusu” dünyanı sarsıdır

Xəstəlik Azərbaycanın bir addımlığında

Tiflisdə 32 yaşlı qadın Avropada yayılıb “xiyar virusu” adı ilə tanınan E.Coli bağırsaq infeksiyasından ölüb. Simsar.az-ın “Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, qadın Londona səfər edəndən sonra xəstələnib. 

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Nata Avaliani bildirib ki, qadın E.Coli-nin bağırsaq bakteriyasının ştammlarının birindən ölüb: “Gürcüstandan bundan əvvəl, xüsusilə yayda bağırsaq infeksiyalarına tutulma halları olub. Biz insanları gigiyena qaydalarına riayət etməyə, meyvələri və əllərini təmiz yumağa, yoxlanılmamış mənbələrdən su içməməyə çağırırıq”.
Xatırladaq ki, bağırsaq infeksiyası əvvəlcə Almaniyanın şimalında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infeksiya artıq 10-dan çox ölkəyə yayılıb. Avropada 22 nəfər xəstəliyin qurbanı olub. Yüzlərlə adam infeksiyaya yoluxub. Xəstəliyin aşağıdakı əlamətləri var - qanlı diareya, hərarət və qusma.






9 İyun, 2011  15:20 Baxılıb: 991 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner