Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İran gəmisi Azərbaycan sularında texniki nasazlığa görə batıb - RƏSMİ

Xəzər dənizində Azərbaycanın Lənkəran limanı yaxınlığında İranın "Şəbahəng" quru yük gəmisi texniki nasazlığa görə qəzaya uğrayıb. Bunu İranın Limanlar və Dənizçilik Təşkilatının təhlükəsizlik və dəniz mühafizəsi idarəsinin baş direktoru Əlirza Xocəstə deyib.

Ə.Xocəstənin sözlərinə görə, hadisənin ilkin səbəbi gəmiyə suyun dolması göstərilib: "Lakin təşkilatın hadisələrin araşdırılması üzrə komitəsi ekipaj heyətinin açıqlamasına əsasən rəy verməlidir". Ə.Xocəstə bildirib ki, özəl sektora aid "Şəbahəng" gəmisi 900 ton keramika və kaşını İranın Ənzəli limanından Rusiyanın Maxaçqala limanına aparırmış. Onun sözlərinə, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının xilas etdiyi gəminin ekipaj heyətinin 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşı olub.

Təşkilat rəsmisi bildirib ki, ekipaj heyətinin 1-2 gün ərzində İrana dönəcəyi gözlənilir. Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət ekipajını tam heyətlə xilas edib.(trend)






27 İyul, 2019  10:59 Baxılıb: 896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner