Bakıda yaşayış binası yanıb. FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 95 m² olan mənzilin eyvanında ev əşyaları 9 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.