Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Demokratik polis necə olmalıdır?

ATƏT rəsmisi: “Polisin xalqa xidmət etməli olduğunu başa düşmək çətindir”

“Bilirəm ki, polisin nə üçün dövlətə deyil, xalqa xidmət etməli olduğunu başa düşmək çətindir. Polis xalqa xidmət göstərir, xalqa xidmət dedikdə, polisin hamının maraqlarını ayrı-seçkilik etmədən diqqətə alması nəzərdə tutulur”.

Simsar.az-ın məlumatına görə, bunu iyunun 9-da ATƏT-in Bakı ofisinin təşkilatçılığı keçirilən Cəmiyyət dəstəkli polis işinə dair ikinci beynəlxalq konfransda çıxış edən ATƏT katibliyinin Strateji Polis Məsələləri Bölməsinin rəhbər müavini Manuel Marion deyib.

O deyib ki, qanunlara dövlət qurumları tərəfindən əməl edildikdə, polisin fəaliyyəti səmərəli ola bilər. Əks halda, bu mümkün olmayacaq. Bunun olmayacağı halda, xalqı polisə inandırmağın çətin olacağını qeyd edən ATƏT rəsmisi bildirib ki, polis səlahiyyətindən balanslı istifadə istənilən polis fəaliyyətində əsas götürülməlidir.

Bəzən polisin güc tətbiq etməsinin qaçılmaz olduğunu deyən ATƏT rəsmisi polisin bu zaman beynəlxalq davranış qaydalarına riayət etməli olduğunu, bu qaydaları bilməsi gərəkdiyini vurğulayıb. Demokratik polis işinin mühüm elementinin məsuliyyət olduğunu bəyan edən M.Marion mexanizmin necə olmasından asılı olmayaraq, aidiyyatı qurumların məsələləri ədalətli araşdırmalı olduğunu deyib.

ATƏT nümayəndəsi sonda deyib ki, bu cür müzakirələrin demokratik polis işini yaratmağa kömək edəcəyinə inanır və ATƏT Azərbaycan polisi ilə işini davam etdirəcək.






9 İyun, 2011  14:04 Baxılıb: 1746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner