Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Milli Mətbuat - 144

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür. Simsar.az -ın məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən 144 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.






22 İyul, 2019  09:35 Baxılıb: 131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





23 Avqust, 2019  13:16


23 Avqust, 2019  09:38

23 Avqust, 2019  09:23

23 Avqust, 2019  09:17

23 Avqust, 2019  09:12


22 Avqust, 2019  17:48

22 Avqust, 2019  17:06

22 Avqust, 2019  15:42

22 Avqust, 2019  15:06




22 Avqust, 2019  10:05

22 Avqust, 2019  09:26


22 Avqust, 2019  09:20


21 Avqust, 2019  16:48


21 Avqust, 2019  12:43




21 Avqust, 2019  11:48


21 Avqust, 2019  11:24

21 Avqust, 2019  11:04


21 Avqust, 2019  09:19


20 Avqust, 2019  14:43

20 Avqust, 2019  14:35

20 Avqust, 2019  13:42

20 Avqust, 2019  09:56

20 Avqust, 2019  09:42

20 Avqust, 2019  09:20

19 Avqust, 2019  15:55






17 Avqust, 2019  11:12

sagbanner