Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol polisi Bakıda xaosla üz-üzə

“Bizim hər 100 metrdən bir yol polisi qoymaq imkanımız yoxdur"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yol hərəkətində təhlükəsizliyin təmin olunması, paytaxtda yaranan tıxacların qarşısının alınması və hərəkətin intensivliyini aşağı salan hallara qarşı reydlər keçirib. Simsar.az-ın məlumatına görə, reydlər bu gün səhər saatlarından etibarən Bakının bir sıra mərkəzi küçələrində - Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, həmçinin “Azadlıq” meydanının ətrafında aparılıb. Nəticədə xeyli sayda durma-saxlama qaydasını pozmuş avtomobil evakuatorlar vasitəsilə müvəqqəti saxlanma dayanacaqlarına aparılıb. Həmçinin, qaydanı pozmuş sürücülər haqqında protokollar tərtib olunub.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov reyddə iştirak edən jurnalistlərə bildirib ki, reyd zamanı hərəkətin intensivliyini aşağı salan hallarla yanaşı, avtomobilin konstruksiyasında dəyişiklik edilməsi, əlavə avadanlıqlar quraşdırılması, şüşələrin görünüşünü məhdudlaşdırılması, şəffaflığı korlayan pərdə və plyonkalarla avtomobili idarəetmə, çoxavazlı, yüksək tonlu, səsi artırıb azaldan vasitələrin avtomobillərə quraşdırılması, sürücülük vəsiqəsi olmadan avtomobili idarəetmə və dövlət qeydiyyat nişanı olmadan avtomobili idarəetmə halları da aşkarlanıb və müvafiq tapşırıqlar verib. BŞDYPİ-nin şöbə rəisi həmçinin bildirib ki, yollarda tıxacların yaranmaması üçün əsas iş sürücülərin üzərinə düşür: “Bizim hər 100 metrdən bir yol polisi qoymaq imkanımız yoxdur. Sürücülər özləri başa düşməlidir ki, yolun hərəkət hissəsində avtomobil saxlamaq, yol kənarlarında qadağan olunmuş ərazilərdə durmaq və bu kimi hallar ümumilikdə digər vətəndaşların narahatlığına səbəb olur və tıxaclara gətirib çıxarır”.


Qeyd edək ki, reyd zamanı yolun hərəkət zolağında dayanmış onlarla avtomobil barəsində inzibati protokol tərtib olundu. Onlar arasında bəzi sürücülər yayınaraq avtomobillərinin yaxınlığına gəlmirdilər. Yalnız evakuatorların müdaxiləsi zamanı peyda olan həmin sürücülər isə özlərinin günahsız olduqlarını deyirdilər. Həmçinin yol polisinin işinə müdaxilə edən, yolun hərəkət zolaqlarında avtomobillərin saxlanmasına şərait yaradan və bunun müqabilində pul alan “stayanşik”lərə də xəbərdarlıq edildi.






8 İyun, 2011  18:18 Baxılıb: 1245 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner