Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

Deputatlar Türkiyəyə gedir

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasının üçüncü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankaraya gedəcəklər. Bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan nümayəndə heyəti 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq. Səfər iyulun 16-da başa çatacaq.






13 İyul, 2019  12:23 Baxılıb: 159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
23 Sentyabr, 2019  17:45






23 Sentyabr, 2019  15:53

23 Sentyabr, 2019  15:41

23 Sentyabr, 2019  15:28



23 Sentyabr, 2019  11:35




23 Sentyabr, 2019  09:47

23 Sentyabr, 2019  09:38

23 Sentyabr, 2019  09:34

23 Sentyabr, 2019  09:31





21 Sentyabr, 2019  11:30



21 Sentyabr, 2019  10:15




20 Sentyabr, 2019  16:43

20 Sentyabr, 2019  15:54


20 Sentyabr, 2019  13:59


20 Sentyabr, 2019  13:10

20 Sentyabr, 2019  12:58






20 Sentyabr, 2019  11:05

20 Sentyabr, 2019  10:43


20 Sentyabr, 2019  09:26





sagbanner