Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Rusiya əlindən gələn hər şeyi edir"

Vladimir Doroxin: “Danışıqlarda bizi məyus edən məqamlar olub"

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün aktiv səy göstərir.

Danışıqların detallarını açıqlaya bilmərəm, amma biz “Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir” dedikdə, kələk gəlmirik. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə etmək şansı var və Rusiya bu şansdan yararlanmaq üçün əlindən gələn hər şeyi edir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir bildirib ki, həmsədr ölkələrdən yalnız Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ən yüksək səviyyədə aparır: “Danışıqlarda bizi məyus edən məqamlar olub, hazırda isə ümid anıdır. Danışıqlar gedir, həmsədrlər hazırda regiondadır, iyunun 11-də nazirlər görüşəcək, ayın sonunda prezidentlərin görüşü nəzərdə tutulur. Əvvəlcədən təxmin etmək istəməzdim, amma bütün bunlar münaqişənin tezliklə nizamlanacağına dair ümidləri artırır”.






8 İyun, 2011  16:59 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner