Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir məhkəmə islahatlarından razıdır

Fikrət Məmmədov məkəmələrin sayının çoxalmasına diqqət çəkib

Azərbaycanda həyata keçirilən məhkəmə islahatları öz müsbət nəticəsini verir. Bir neçə il ərzində bütün hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulub. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov çərşənbə günü inzibati hüquqa dair beynəlxalq konfransda çıxışı zamanı deyib. "Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" adlı konfrans Azərbaycan Ali Məhkəməsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

"Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası avropalı ekspertlər tərəfindən tədqiq edilərək təkmilləşdirilib. Azərbaycanda son illərdə mülki dövriyyənin artması məhkəmələrə müraciətlərin sayının çoxalmasına səbəb olub. Son 10 ildə mülki mübahisələrin sayı 6 dəfə artıb. Təkcə 2010-cu ildə məhkəmələrə mülki mübahisələrə dair müraciətlər 15, iqtisadi mübahisələrə dair müraciətlər isə 30 faiz artıb", - Məmmədov deyib.

Ədliyyə nazirinin sözlərinə görə, son 3 ildə 20-dək yeni regional məhkəmələr yaradılıb.

"İş yükünün azaldılması məqsədilə hakimlərin və məhkəmə aparatı əməkdaşlarının
ştat sayı 2 dəfə artırılıb. Bakının rayon məhkəmələrinin sayı 45-dən 94-ə, apelyasiya
məhkəmələri hakimlərinin sayı 63-dən 135-ə çatdırılıb. Hüquqi dövlət quruculuğunda və qanunçuluğun təmin olunmasında inzibati hüquq və inzibati ədliyyə mühüm rol oynayır", - Məmmədov deyib.

Nazirin sözlərinə görə, bu il Azərbaycanda 7 regional inzibati-iqtisadi məhkəmə yaradılıb.

"İnzibati hüquq sahəsində beynəlxalq təcrübə öyrənilib, inzibati məhkəmə sədrləri və hakimləri xarici ölkələrdə təlimlər keçiblər. İnzibati məhkəmələr üçün Dünya Bankının maliyyə dəstəyi ilə yeni müasir binalar inşa olunacaq. Bunun üçün yerlər ayrılıb, layihələr hazırlanıb", - nazir qeyd edib.

Məmmədovun sözlərinə görə, inzibati məhkəmələrin ilkin təcrübəsi və ortaya çıxan problemlər diqqət mərkəzində saxlanılır. Vahid və düzgün məhkəmə təcrübəsinin formalaşdırılması üçün müvafiq təhlil və müzakirələr keçirilir.






8 İyun, 2011  16:26 Baxılıb: 1212 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner