Şübəli şəxs Ağstafada tutulub
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 20-də Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən bağ evində yaşayan Naib Əliyevin mənzilindən pəncərənin şüşəsini və dəmir barmaqlıqları sındırmaq yolu ilə 17 min avro oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulub.