Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mübarəki başqa abidə ilə əvəzlədilər

Xırdalandakı Misir parkında onun adət-ənənələrini təmsil edən abidə qoyulub

Misirin keçmiş prezidenti Hüsnü Mübarəyin Azərbaycanın Xırdalan şəhərindəki "Misir" parkında yerləşən abidəsi götürülüb. Bu barədə Xırdalan şəhər icra hakimiyyəti nümayəndəsinin müavini Zakir Həsənov məlumat verib. Z. Həsənov heykəlin kim tərəfindən və hansı səbəbdən götürüldüyünü deməsə də, heykəlin yerinə başqa abidənin qoyulduğunu bildirdi.

"Heykəl yəqin ki, bu gecə götürülüb. Yerinə Misirin adət-ənənələrini təmsil edən abidə qoyulub", deyə Z. Həsənov qeyd etdi.

Xırdalan sakinlərinin verdiyi məlumata görə, heykəl bu gecə götürülüb.

Qeyd edək ki, Misirdə ilin əvvəllərində başlayan iğtişaşlardan sonra abidənin mühafizəsi gücləndirilmişdi. Heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnmişdi.

Xatırladaq ki, Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib.

Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub.

Xezerxeber.com






8 İyun, 2011  15:29 Baxılıb: 1152 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner