Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafi şəhid olmaq qərarı verdi

Liviya diktatoru istefa verməyəcəyini bəyan edib

İyunun 7-də Liviya dövlət Televiziyası Liviya prezidenti Müəmmər Qəddafinin vətəndaşlara və müxalifətə audiomüraciətini yayıb. Simsar.az-ın rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 7-də 69 yaşı tamam olan Müəmmər Qəddafi müraciətində bir daha istefa verməyə hazırlaşmadığını bəyan edib. 


Müəmmər Qəddafi düşmənlərinə də meydan oxuyub: “Siz heç vaxt bizə – silahlı xalqa qalib gələ bilməyəcəksiniz. Biz ölümü də salamlayırıq! Şəhid olmaq təslim olmaqdan milyon dəfə yaxşıdır”.


Liviya prezidenti tərəfdarlarını iqamətgahı ətrafına toplaşmağa çağırıb. Müəmmər Qəddafinin çağırışından sonra Tripoli şəhərində sevinci bildirən atəş səsləri eşidilib.

Bu arada Müəmmər Qəddafinin qızı Aişə Qəddafi NATO-nu məhkəməyə verib. İddia ərizəsi Paris və Brüsseldəki məhkəmələrə təqdim olunub. Aişə Qəddafi NATO-nun aviazərbələri nəticəsində Müəmmər Qəddafinin oğlu və 3 nəvəsinin həlak olmasını siyasi cinayət kimi dəyərləndirilməsini istəyir.






8 İyun, 2011  14:59 Baxılıb: 1137 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner