Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputatlar bu gün toplaşır - Növbədənkənar iclas

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. İyunun 27-i və 28-də davam edəcək iclasda əvvəlcə deputatlar "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini və "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirə edəcəklər.

Daha sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi, "Məhkəmələr və hakimlər haqqında", "Dövlət satınalmaları haqqında", "Əmək pensiyaları haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara, o cümlədən Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər və digər məsələlər müzakirəyə çıxarılacaq. Ümumilikdə iclasın gündəliyinə 49 məsələ daxildir.(trend)






27 İyun, 2019  09:42 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner