Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Baş həkim barəsində cinayət işi başlanıb

Cinayət işi 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət əsasında qaldırılıb

Respublika Narkoloji Dispanserinin həkimi Elgiz Mustafazadənin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə 5 may 2011-ci il tarixdə cinayət işi başlanıb.


Simsar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluğun rəsmi saytında yayılan məlumata əsasən, istintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsi ilə qanunsuz olaraq, hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, K. Vəliyeva xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və sair qanunsuzluqlara yol verib. 

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.






8 İyun, 2011  01:19 Baxılıb: 1140 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner