Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Moldova Tennis Federasiyasının prezidenti terrorçuların qurbanı oldu

Hökumət binası yaxınlığında Rusiya nömrəli “Lada” markalı avtomobil partladılıb. 

Bu gün Moldovanın paytaxtı Kişinyov şəhərindəki prezident iqamətgahı və hökumət binası yaxınlığında Rusiya nömrəli “Lada” markalı avtomobil partladılıb. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Moldova Tennis Federasiyasının prezidenti İqor Tsurkan ölüb. Bir versiyaya əsasən, Tsurkan maşının yanından keçdiyi vaxt partlayış olub. Digər versiyada isə onun avtomobilə əyləşərək mühərriki işə saldığı vaxt hadisənin baş verdiyi bildirilir. 


Tsurkan xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Moldova Tennis Federasiyasının vitse-prezidenti Marina Tauber olayı Tsurkana qarşı sui-qəsd kimi dəyərləndirib. Onun sözlərinə görə, son zamanlar qurumun prezidentinə qarşı təzyiqlər edilirdi.


Qeyd edək ki, İqor Tsurkan Kişinyov meri postuna müstəqil namizəd Mixay Qodyanın seçki qərargahının rəhbəri idi.






8 İyun, 2011  01:15 Baxılıb: 1084 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner