Bakıda 19 yaşlı oğlan bıçaqlanıb. Hadisə Xətai rayonu, Babək prospekti 32 ünvanında qeydə alınıb. Şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanılıb.(apa)