Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şəkidə dəhşətli qəza:ölənlər var

Ötən gün Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Qayabaşı kəndi ərazisində “VAZ-21074” markalı avtomobilin aşması ilə qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif xəsarətlər alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlar Oğuz rayon sakini 1953-cü il təvəllüdlü Xurşudov Aydın Qasım oğlu qapalı kəllə-beyin travması, bir neçə boyun fəqərəsinin sınması, 1959-cu il təvəllüdlü Xurşudov Əlövsət Əvəz oğlu sağ körpücük sümüyünün sınığı, 1967-ci il təvəllüdlü Novruzova Təranə Əfqan qızı döş qəfəsinin qapalı travması və 1987-ci il təvəllüdlü Nağıyev Səyyad Mirzə oğlu sağ qulağın yırtılması xəsarətləri alıblar.

Hazırda A.Xurşudov və Ə.Xurşudovun vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsində müalicə olunurlar, S.Nağıyev isə ilkin tibbi yardımdan sonra ambualtor müalicəyə yola salınıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəzada bir nəfər dünyasını dəyişib. O, Laçın rayon sakini Elyana Nağıyeva olub. Bildirək ki, dünyasını dəyişən şəxs, avtomobilin sürücüsü S.Nağıyevin həyat yoldaşı olub. Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.(trend)






13 İyun, 2019  14:02 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner