Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Konqresmen biabır oldu

"Etdiyim ağılsızlıqdan çox peşmanam, yaxınlarımdan və seçicilərimdən bağışlanmamı istəyirəm"

ABŞ Konqresində növbəti internet-qalmaqalı yaşanıb. Konqresmen Entoni Uinerin "Twitter" sosial şəbəkəsində qadınlara açıq-saçıq şəkillərini göndərdiyi ortaya çıxıb. Buna isə konqresmenin sonuncu dəfə öz şəklini mesajla göndərmək istəyərkən onu səhvən öz səhifəsində dərc etməsi səbəb olub. Konqresmenin sosial şəbəkədə eyni vaxtda bir neçə qadınla intim mövzularda söhbət etməsi ortaya çıxıb. 

Entoni Uiner ilk əvvəl hər şeyi təkzib etsə də, sonradan səhvini etiraf edib və yaxınlarından üzr istəyib. ABŞ-ın dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedinlə evli olan Entoni Uiner keçirdiyi mətbuat konfransında "etdiyi ağılsızlıqdan çox peşman olduğunu, yaxınlarından və seçicilərindən bağışlanmasını istədiyini" deyib və göz yaşları axıdıb. Entoni Uiner etirafına bunu da əlavə edib: "Ömrümün 20 ilini siyasətə, 13 ilini isə rayonumun sakinləri üçün işləməyə həsr etmişəm. Səhvimin başa düşüləcəyinə ümid edirəm və istefa vermək niyyətində deyiləm".

Qeyd edək ki, Demokratlar partiyasının üzvü olan konqresmen nümayəndələr palatasına Nyu Yorkun Bruklin və Kuins rayonlarından seçilib.






7 İyun, 2011  17:48 Baxılıb: 1188 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner