Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Barak Obama İlham Əliyevi təbrik etdi

ABŞ prezidenti: “Şərq-Qərb enerji dəhlizinin əsası Heydər Əliyevin sayəsində qoyulub”

ABŞ prezidenti Barak Obama XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisinin işə başlaması münasibətilə Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edib


ABŞ prezidenti Barak Obama bu gün Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisinin (“Caspian Oil & Gas”) iştirakçılarına təbrik məktubu ünvanlayıb. Simsar.az-ın xəbərinə görə, məktubu sərginin açılış mərasimində ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar oxuyub.

Azərbaycan xalqını və prezident İlham Əliyevi XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi münasibətilə təbrik edən Barak Obama məktubunda qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi və məqsədyönlülüyü nəticəsində Şərq-Qərb enerji dəhlizinin əsası qoyulub.

““Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları, Bakı-Tiflis-Ceyhan neft kəməri, “Şahdəniz” qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri sərmayələr Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirib” - deyə məktubda bildirilir.

ABŞ prezidenti qeyd edib ki, Azərbaycanda dövlət və özəl sektor arasında uğurlu əməkdaşlıq beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib: “Dünyadakı ən geniş və mürəkkəb layihələrdən olan “Cənub dəhlizi” layihəsinə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanmasına və iqtisadiyyatın inkişafına təkan verəcək”.

Məktubda qeyd olunur ki, Birləşmiş Ştatlar enerji təhlükəsizliyi və müxtəlifliyin inkişaf etdirilməsi, eyni zamanda Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir.






7 İyun, 2011  17:22 Baxılıb: 1239 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner