Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: “Qaz ehtiyatları bizə ən azı 100 il kifayət edəcək”

“Yaxın vaxtlarda Azərbaycanla Türkiyə arasında qaz tranzitinə dair saziş imzalanacaq”

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisində (“Caspian Oil & Gas”) çıxış edib.

“APA-ECONOMICS”in xəbərinə görə, dövlət başçısı Azərbaycanın neft-qaz sektoruna dünyanın marağının getdikcə artdığını bildirib.

Onun sözlərinə görə, sənaye üsulu ilə neft dünyada ilk dəfə olaraq Azərbaycanda hasil edilib: “Neft və qaz hasilatında bizim böyük ənənələrimiz var. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında Bakı neftinin böyük payı olub”.

Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşib: “O zaman hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün bir sıra addımlar atdı ki, onlardan da biri “Əsrin müqaviləsi”nin imzalanması idi. “Əsrin müqaviləsi” ilə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizinə xarici investisiyaları cəlb etdi”. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 97 mlrd. dollar investisiya qoyulduğunu vurğulayan prezident İlham Əliyev bunun 42 mlrd. dollarının neft sektoruna yatırıldığını söyləyib: “Bu gün Azərbaycan bölgənin enerji təhlükəsizliyində yaxından iştirak edir. “Əsrin müqaviləsi” tarixi hadisə idi. Bizim xarici şirkətlərlə birinci əməkdaşlığımız çox uğurlu alındı. 1994-cü ildən indiyədək xarici şirkətlərlə heç bir ciddi problemimiz olmayıb. İnvestorlar tam əmindirlər ki, onların investisiyaları dövlət tərəfindən qorunur”.

“Əsrin müqaviləsi”ndən sonra neftin xarici bazarlara çıxarılması istiqamətində də işlər aparıldığını deyən ölkə başçısı Azərbaycan neftinin hazırda 3 istiqamətdən bazarlara çıxarıldığını və şaxələndirmənin təmin edildiyini bildirib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində ölkə iqtisadiyyatına böyük həə vəsaitin daxil olmağa başladığını söyləyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərin səmərəli istifadəsini təmin etmək məqsədilə Dövlət Neft Fondunu (ARDNF) yaradıb və bu gün ARDNF dünya səviyyəsində ən şəffaf qurumlardan sayılır. Son 7 ildə neftdən gələn gəlirlərin ölkə iqtisadiyyatına yatırılması nəticəsində Azərbaycanda yoxsulluq həddinin 49%-dən 9%-ə endiyini bildirən dövlət başçısının fikrincə, əgər ARDNF olmasaydı, buna nail olmaq mümkün olmazdı.

Prezident İlham Əliyev bəyan edib ki, əldə olunan nailiyyətlər Azərbaycan üçün yeni mərhələdir: “İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ölkəsi kimi tanınmağa başlayıb. Vaxtilə “Şahdəniz” yatağının kəşfi diqqəti cəlb etməmişdi, amma indi dünyada bu yatağa böyük maraq var. Azərbaycan qaz dəhlizlərinin də şaxələndirilməsinin tərəfdarıdır və bu sahədə işləyir. Bu gün Azərbaycan qazı 4 istiqamətdən dünya bazarına çıxarılır. Artıq Azərbaycanın əsas ixrac neft-qaz kəmərlərinin sayı 7-yə çatır. Bizə qanunlarla tənzimlənən böyük bazarlar lazımdır. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,2 trln. kubmetrə qədərdir. Bu, ən azı 100 il bizə və istehlakçılara kifayət edəcək. Proqnozlarımız isə daha çoxdur. Biz Avropa İttifaqı ilə “Qaz Bəyannaməsi”ni imzaladıq və hazırda digər sənədlərin üzərində işlər gedir. Ümid edirik ki, yaxın vaxtlarda bütün sənədlər hazır olacaq və bu, “Şahdəniz-2” layihəsinin icrasına mühüm təsir edəcək”.

“Cənub qaz dəhlizi”nin perspektivinə inandığını deyən prezident hazırda Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb: “Artıq müzakirələr son mərhələdədir və yaxın vaxtlarda Türkiyə ilə tranzit sazişin imzalanması nəzərdə tutulur. Bizim “Şahdəniz”dən başqa da böyük qaz ehtiyatlarımız, o cümlədən “Ümid” yatağı var. Bu yataq ARDNŞ tərəfindən aşkarlanıb. ARDNŞ “Ümid” yatağında həm sərmayəçi, həm də operatordur. Ümid edirəm ki, növbəti mərhələlərdə də qaz yataqlarının kəşfiyyatı davam etdiriləcək”.

Dövlət başçısı Azərbaycanın tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi məsələsində üzərinə düşdüyü bütün vəzifələri yerinə yetirdiyini vurğulayıb: “Azərbaycan bu gün özünü enerji ilə tam təmin edir. Ölkənin valyuta ehtiyatları 35 mlrd. dollardır. Son 7 ildə ÜDM 3 dəfədən çox artıb”.






7 İyun, 2011  16:36 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner