Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İstirahət günü yağış yağacaq

Mayın 26-da Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Simsar.az - a verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz  24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20°  isti təşkil edəcək.






25 May, 2019  13:23 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner