Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:“O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.

Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir. Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında  Fuad Abbasovun döyülərək, təhqir olunmasını pisləyib. A. Abbas Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb:

“Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir”.

Modern. az saytı Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsinə, eləcə də, Rusiyadakı səfirliyimizin susqunluq nümayiş etdirməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlmasında deyib ki, Rusiyadakı səfirliyimizin  konsulluq şöbəsinin əməkdaşları mayın 20-də Fuad Abbasovla görüşüblər.

"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə Səfirliyin konsulluq şöbəsinin əməkdaşları Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində Fuad Abbasovla görüşüblər. Səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür”.







22 May, 2019  12:03 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner