Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Gömrük Komitəsi açıqlama yaydı

Bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən Simsar.az -a açıqlamasında bildirilib ki, məsələ ilə bağlı problem həllini tapıb.

Qeyd edək ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.






20 May, 2019  16:58 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner