Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhəri Yasamal rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Simsar.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yerləşən onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində təmir işləri aparılan mənzildə yanğınla davam edən partlayış hadisəsi baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan 2 otaqlı mənzildə sanitar qovşağının lambirdən ibarət asma tavanı və plastik qapısı 4 kvadrat metr sahədə yanıb.


Mətbəx və aynabəndin pəncərə şüşələri dağılıb, hadisə zamanı həmin mənzildə olan 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.


Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. İlkin ehtimala görə, partlayışa təmir işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.






7 İyun, 2011  00:39 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner